Tural Abbaslı "Canlı"da - Azərbaycan mayda Qarabağda antiterror əməliyyatlarına başlayacaq
Paşinyan-Putin görüşü, verilən bəyanatlar, gözləntilər, kommunikasiyaların açılması bu gün Azərbaycan insanını ən çox düşündürən mövzulardır. Nələr gözlənilir?
Köçəryanın “dirildilməsi”- Azərbaycana təzyiq vasitəsidir, yoxsa...Putinin Paşinyandan əvvəl Xocalı canisi ilə videoformatda görüşdü. Köçəryan parlament seçkilərdə iştirak etmək qərarından sonra Kremldən bu cür dəstək təsadüfi deyil. Köçəryanı Kreml sanki Azərbaycana təzyiq aləti kimi saxlayır. Çünki onun hakimiyyətə qayıtması Qarabağ razılaşmasını illərlə uzada bilər. Azərbaycanın Moskvadan hansısa məsələ ilə bağlı iradları və ya sualları yarandıqda, Köçəryan kartını irəli verirlər-bu, gerçəkdən də belədirmi?
"İsgəndər” Bakı-Moskva münasibətlərini qıra bilməz, amma... Şuşaya Rusiya istehsalı olan və böyük dağıdıcı gücə malik "İsgəndər" raketlərinin atılmasının təsdiqindən sonra və Bakının bu məsələdə israrı o təəəsüratı yaradıb ki, sanki Azərbaycan Moskvadan hansısa məsələlərə görə narazıdır. Bəzi ekspertlərə görə, rəsmi Bakı Rusiyanın Qarabağdakı davranışlarından və orada yeritdiyi siyasətdən narazıdır. Rusiya müdafiə nazirinin müavini, ordu generalı Dmitri Bulqakovun Qarabağa səfəri Azərbaycanla razılaşdırılmayıb və sairə...Gərginlik daha da arta bilərmi? Bu gərginlik Ermənistanın maraqlarına uyğundurmu?
Azərbaycan may ayının əvvəllərində Qarabağın dağlıq hissəsində anti-terror əməliyyatlarına başlayacaq. Musavat.com xəbər verir ki, belə bir iddia ilə saytımıza yaxın mötəbər qaynaqlardan biri çıxış edib. Onun təqdim etdiyi məlumatlara görə, son aylarda sıxlaşdırılan və heç ara verilməyən təlimlərin (daha çox da Türkiyə - Azərbaycan ordularının birgə təlimləri) məqsəd və hədəfi Qarabağın dağlıq hissəsində qalan qanunsuz erməni silahlı dəstələrinin tərkisilah edilməsidir. Hazırda bu perspektiv üçün hərbi hazırlıqlar tam bitib, əməliyyat planları tamamlanıb, üstəlik, hər kəsin gözləri önündə ideoloji-informasiya hazırlıqları da gedir. Bu dəfə Ağdərə, Xocavənd və Xocalıdakı silahlı ermənilər neytrallaşdırılacaq. Lokal anti-terror əməliyyatları ilə Qarabağın xəritəsi daha çox təmizlənəcək və silahlı-separatçı ermənilərin tamamının digər bölgələrdən, kənd və məntəqələrdən çıxardılıb, Xankəndinə cəmlənməsinə şərait yaradılacaq. Xankəndi isə bu hədəfdən bir sonrakı hədəf kimi gündəmdə qalacaq.
Məlumat qaynağımız deyir ki, Rusiyanın prosesə müdaxiləsi gözləniləndir: “Bu müdaxilə eyni ilə 44 günlük müharibə dövründəki kimi olacaq. Hazırda Azərbaycan Şuşada qalıqları tapılan ‘’İskəndər - M’’ raketi vasitəsi ilə Kremli ‘’sıxışdırmaq’’dadır. Bu, həm də olası anti-terror əməliyyatlarına ideoloji-informasion hazırlığın bir parşasıdır...”
Belə bir proses nələrə gətirib çıxardar, buna beynəlxalq hüququ nə deyir? Anti-terror əməliyyatlarına Rusiya Sülhməramlılarının münasibəti necə olar?
Bu və gündəmdəki digər mövzuları "Canlı debat"da Ağ Partiyanın sədri Tural Abbaslı ilə müzakirə edirik.
Видео «Tural Abbaslı "Canlı"da - Azərbaycan mayda Qarabağda antiterror əməliyyatlarına başlayacaq» опубликовано в категории «Новости». Продолжительность: 1 час. 14 мин. 56 сек.
!prezidentlərin protokol şöbəsi var,prezident kiminləsə görüşdən qabaq fotosesiya olur,sonra jurnalistlər uzaqlaşdırılır,qapılar başlanılır,orada nə olur onu heç kim bilmir,tərcüməçidən başqa,hətta söyüş ola bilir,yersiz və lazımsız proqnozlar lazım deyil,Ə.akayev humanitar bir adam elə sözlər işləyirdi adamın tükü istəmirdi.
Payıza qədər hər şey öz yerini alacaq